Avropa Liqasının III təsnifat mərhələsində səfərdə "Neftçi" ilə 2:2 hesbalı heç-heçə edən "Bney Yehuda"nın hücumçusu Don Mori sport1.maariv.co.il saytına açıqlama verib.
Sportal.az xəbər verir ki, 24 yaşlı forvard "Neftçi"nin oyuna arxayın çıxdığını bildirib:
"Baş məşqçi bizə bildirdi ki, başınızı qaldırın və yolun yarısını qət etdiyimizi unutmayın. 2:2 yaxşı nəticədir, ancaq hər şey demək deyil.
1:2 və 2:2 hesablarında böyük fərq var, amma bunu düşünməyə vaxtımız yoxdur. Oyunun əvvəlində belə bir atmosfer var idi ki, "Neftçi" asan qalib gələcək. Bəlkə də onlar da bunu hiss edirdi. Əlbəttə, bu da bizim xeyrimizə işləyən amil idi. Gələn həftə başladığımız işi başa vurmalıyıq.
İki fərqli qol vurduq. Birinci hissə yaxşı keçdi. İsraildə tapşırığı yerinə yetirməliyik. Baş məşqçimiz bir həftə əvvəl bizi çox yaxşı hazırlaşırdı. Rəqibin necə güclü komanda olduğunu anlatdı. Ancaq yaxşı rəqiblərə qalib gələ biləcəyimizi bir daha sübut etdik.
İlk oyun nikbinliyə əsas verdi. Məhəmməd Qədirlə birgə keçirdiyim ikinci oyun oldu. Heyətdə bir neçə yeni futbolçu var və onlar yaxşı uyğunlaşıb. İnanıram ki, daha da yaxşı olacaq. Qədir yaxşı oynadı. Komandaya kömək edə biləcək güclü futbolçudur. Xoşbəxtik ki, bizimlədir və o da burada olmağa layiq olduğunu sübut etdi".
Komandaların cavab oyunu avqustun 15-i İsraildə baş tutacaq.
saytlarin hazirlanmasi