Fransanın "Marsel" klubundan ayrılan Mario Balotelli karyerasını İtaliyada davam etdirəcək.
Sportal.az "Sky Italia"ya istinadən xəbər verir ki, 28 yaşlı forvard A Seriyasında qayıdan "Breşiya"ya keçməyə razı olub. İtaliya millisinin üzvü ilə 3 illik müqavilə imzalanacaq.
Mario daha öncə Braziliyanın "Flamenqo" klubunun 2,5 illik müqavilə təklifinə rədd cavab vermişdi.
Balotelli ötən mövsümün ikinci yarısında "Nitsa"dan "Marsel"ə keçmişdi və 15 oyuna 8 qol vurmuşdu.
saytlarin hazirlanmasi