İtaliyanın "Roma" klubu yarımmüdafiəçisi Cengiz Ünderlə müqaviləni uzadıb.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, paytaxt klubu 22 yaşlı futbolçu ilə 2023-cü ilin iyununa kimi müqavilə imzalayıb. İllik maaşı 1 milyon avro olan futbolçunun məvacibində artım olub. Cengiz bundan sonra 2 milyon əmək haqqı alacaq. Performansına görə, növbəti mövsüm maaşı daha 300 min avro artırıla bilər.
"Roma" Türkiyə millisinin üzvünü 2017-ci ildə "Başakşəhər"dən 14,25 milyon avroya transfer etmişdi.
saytlarin hazirlanmasi