Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Linfild" iştirak ərizəsini UEFA-ya təqdim edib.
Sportal.az xəbər verir ki, heyətdə 25 futbolçu yer alıb:
Qapıçılar: 1. Roan Ferqyuson , 35. Qaret Din, 40. Aleks Mur;
Müdafiəçilər: 2. Mark Stafford, 3. Ross Larkin, 4. Coşua Robinson, 6. Cimmi Kalleçer, 16. Metyu Klark, 23. Rayan Makqivern, 31. Nayal Kuinn, 47. Kris Keysment;
Yarımmüdafiəçilər: 8. Bastyan Eri, 9. Cel Kuper, 12. Kerk Millar, 17. Daniel Kirns, 20. Stiven Fellon, 22. Ceymi Malqryu, 27. Endryu Mitçel, 48. Tray Ham, 50. Çarli Allen;
Hücumçular: 7. Endryu Uoteruort, 10. Cordan Styuart, 14. Şeyn Leyveri (İrlandiya), 15. Lokran Ford, 28. Den Reynolds;
Baş məşqçi: Devid Hili.
Klub ilk matçın keçirilməsinə 24 saat qalmış iştirak ərizəsində dəyişiklik edə bilər.
Cütün ilk oyunu avqustun 22-də Şimali İrlandiyada baş tutacaq. Cavab görüşü isə bir həftə sonra Bakıda baş tutacaq.
saytlarin hazirlanmasi