İtaliyanın "Roma" klubunda yeni müqavilə qeydə alınıb.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, "canavarlar" hücumçusu Edin Cekonun müqaviləsini uzadıb. Bosniya və Herseqovina millisinin üzvü ilə 2022-ci ilin iyununa qədər müqavilə imzalanıb.
"Roma" Cekonu 2016-cı ildə "Mançester Siti"dən 11 milyon avroya transfer edib. 33 yaşlı futbolçu paytaxt klubunda 180 oyuna 88 qol vurub, 38 assist edib.
saytlarin hazirlanmasi