"Bakıda sürpriz edə biləcəyimizə inanmalıyıq"

17:11 - 23 Avqust 2019

Şimali İrlandiyanın “Linfild” klubunun futbolçusu Kris Keysment “Qarabağ”ı Belfastda 3:2 hesabı ilə məğlub etdikləri Avropa Liqasının pley-off mərhələsinin ilk qarşılaşmanı dəyərləndirib.

 

Sportal.az xəbər verir ki, 31 yaşlı müdafiəçi qələbə qazandıqlarına görə xoşbəxt olduqlarını bildirib: 

 

“Qapımızda ilk qolu görəndən sonra buna yaxşı reaksiya verdik. Komandanın oyunundan razı qaldım. Bütün kollektiv yaxşı oynadı. Rəqibimiz güclü idi, ilk 15 dəqiqə ərzində oyunumuzu tapa bilmirdik. Azarkeşlərin yaxşı atmosfer yaratması çıxışımıza müsbət təsir etdi. Lakin bu görüş artıq geridə qaldı. Növbəti matça hazırlaşmalıyıq”.
 

Kris cavab matçının komandası üçün çətin olacağını söyləyib: “Bu, duelin birinci hissəsi idi. Bizi Bakıda daha çətin qarşılaşma gözləyir. Çətin olacağını bilirik. Ancaq məşqçilər korpusu və futbolçularla birlikdə Bakıda sürpriz edə biləcəyimizə və qrupa düşəcəyimizə inanmalıyıq”.
 

"Qarabağ" - "Linfild" görüşü avqustun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Cavab oyunu saat 20:00-da başlayacaq.

Xəbər xətti