"Milan" "Atletiko"nun futbolçusu Anxel Korreanı transfer etmək üzrədir.
Sportal.az "Sport Mediaset" nəşrinə istinadən xəbər verir ki, "qırmızı-qaralar" 24 yaşlı vinger üçün madridlilərə 42 milyon avro təklif edib. "Atletiko" bu təklifi qəbul edib. Anlaşmaya görə, növbəti satışdan Madrid təmsilçisinə 30 faiz pay ödəyəcək.
"Atletiko" Argentina millisinin üzvünü 2014-cü ildə "San Lorenso"dan 7,5 milyon avroya transfer etmişdi.
saytlarin hazirlanmasi