"Düdelanj"ın futbolçusu Dominik Stolz Avropa Liqasının qrup mırhələsindəki rəqibləri barədə fikirlərini bildirib.
Sportal.az xəbər verir ki, "Qarabağ"la eyni qrupda yer alan Lüksemburq klubunun üzvü autsayder olduqlarını etiraf edib:
“Sevilya” əlbəttə ki, əla komandadır. Belə rəqiblə qarşılaşmağa ehtiyacımız var. Qurpdakı digər iki komandaya gəlincə isə başqa rəqiblər olsaydı, daha yaxşı olardı. 2016-cı ildə Çempionlar Liqasının təsnifat mərhələsində “Qarabağ”a qarşı oynamışıq. Bir il sonra isə APOEL-lə qarşılaşdıq. Hər iki rəqibə uduzduq və Çempionlar Liqası ilə vidalaşdıq.
Buna görə də püşkdə bizə başqa rəqiblərin düşməsi daha yaxşı olardı. Bəzi adamlar bizim qrupda uğrulu çıxış edəcəyimizi düşünür. Məncə, bu, şişirdilir. APOEL-in “Ayaks”a qarşı necə mübarizə apardığını, “Qarabağ”ın necə hücumlar qurduğunu gördük. Bunu çoxları bilmir.
“Qarabağ” və APOEL-ə 0:2 hesabı ilə uduza bilərik. Ancaq mən “Mançester Yunayted”lə qarşılaşmanı daha üstün tuturam. Hətta 4-5 qolla uduzsaq belə. Heç olmasa həyatımda ilk dəfə “Arzular teatırında” (“Old Trafford) oynayardım”.
saytlarin hazirlanmasi