Mauro İkardi: "Fransada çətinlik çəkməyəcəm"

10:50 - 4 Sentyabr 2019

PSJ-nin İtaliya "İnter"indən icarəyə götürdüyü argentinalı hücumçu Mauro İkardi klub saytına açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 26 yaşlı futbolçu Fransa I Liqasında çətinlik çəkməyəcəyini bildirib:

 

"Çox xoşbəxtəm. PSJ kimi klubda oynayacağım üçün həyəcanlıyam. Karyeramda böyük addım olacaq. Belə yüksək səviyyə oynayacağım üçün şanslıyam. Kavani və Neymarla birgə çıxış etmək xüsusi hisslərdir.

 

Kuboklar qazanmaq üçün burdayam. PSJ Liqa 1-də üstün klubdur. Ancaq daha çox kubok qazana bilərik. Ümid edirəm ki, çoxlu qollarla komandanın hədəflərinə çatmasında kömək edəcəm.

 

İtaliya A Seriyası güclü müdafiəsi ilə məşhurdur. Hücumçuların işi həqiqətən də asan olmur. Buna görə də Fransada çətinlik çəkəcəyimi düşünmürəm".

 

Paris klubu İkardini Milan təmsilçisindən 5 milyon avroya 1 illik icarəyə götürüb. Paytaxt təmsilçisi argentinalı hücumçunu 65 milyon avroya transfer etmək hüququna sahibdir.

 

"İnter" İkardini 2013-cü ildə "Sampdoriya"dan 13 milyon avroya transfer etmişdi. Hücumçu "göy-qaralar"da 219 oyuna 124 qol vurub, 28 assist edib.

 

Xəbər xətti