Avropa Liqasının qrup mərhələsinin ilk turunda Bakıda "Qarabağ"a qalib gələn (3:0) İspaniyanın "Sevilya"nın futbolçusu Çiçarito klub saytına açıqlama verib.
Sportal.az xəbər verir ki, matçda hesabı açan meksikalı hücumçu ilk qola qədər yaxşı oynamadıqlarını söyləyib:
"Nəticəyə görə xoşbəxtik. Hədəfim qol vurmaq idi. İlk qola qədər yaxşı oynamırdıq, rəqib təzyiq edirdi. Hesabı onlar açsaydı, işimiz çətinləşərdi. Sonradan daha 2 qol vurub qələbə qazandıq. Yaxşı idim. Ümid edirəm ki, bütün komandamız və baş məşqçimiz bunu belə görüb. Uğura ac, eyni zamanda həyəcanlıyam. Meydanda bütün gücümü göstərmək istəyirəm. Düşünürəm ki, belə müsbət nəticələrimiz qarşıda daha çox olacaq. Biz artırmaqda davam edəcəyik. Hücumçu qol vurmalıdır. Düzdür, komanda yoldaşım Luuk De Yonq rəqib qapısına yol tapmaqda çətinlik çəksə də, komanda üçün hər şey edir".
saytlarin hazirlanmasi