Oliver Torres: "Hesabı açmaq çox çətin oldu"

11:15 - 20 Sentyabr 2019

“Sevilya”nın futbolçusu Oliver Torres Avropa Liqasının qrup mərhələsinin I turunun “Qarabağ”a Bakıda 3:0 hesabı ilə qalib gəldikləri oyunundan sonra klub saytına fikirlərini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi qələbəni şərh edib:

 

“Biz çox istəkli idik. Hər şey ən yaxşı şəkildə alındı. Vahid kollektiv kimi çalışdıq və çoxlu qol imkanları yaratdıq. Boşluqlar tapmaq, eyni zamanda arxada diqqətli olmağı bacardıq. Düzdür, hesabı açmaq çox çətin oldu. Əsas çətinlik imkanlardan yararlanmamaqdır. Futbolda isə əsas qollardır. Özümü xoşbəxt hiss edirəm. Çünki işlərimiz yaxşı gedir. Həftədən-həftəyə artırırıq. “Qarabağ”la matç bizim üçün böyük oyun idi. Bu qarşılaşmadan da razı ayrılırıq. Qrup mərhələsinə qələbə ilə başlamaq çox vacib idi. Bunun da öhdəsindən gəldik. Artıq irəli baxa bilərik”.

 

Torres La Liqanın V turunda “Real”la həftəsonu baş tutacaq görüş barədə fikirlərini söyləyib:

 

“Uğurlu çıxışı davam etdirmək istəyirik. “Real”la matçda da hər şeyin əla olacağını düşünürəm. Əminəm ki, liderliyi qoruya biləcəyik. Əsas hədəfimiz qələbə olacaq. Doğma tribunalar önündə bizim üçün ən vacib olan 3 xaldır”.

Xəbər xətti