Türkiyənin "Beşiktaş" klubu Avropa Liqasının qrup mərhələsinin ilk turunda Slovakiya təmsilçisi "Slovan"a səfərdə 2:4 hesabı ilə uduzub.
Sportal.az xəbər verir ki, meydan sahiblərinin ilk qolu zamanı İstanbul təmsilçisinin qapıçı Loris Karius kobud səhvlə yadda qalıb.
Uzun hava ötürməsinə irəli çıxan almaniyalı qapıçı topu uzaqlaşdıra bilməyib və öz komanda yoldaşı ilə toqqaşıb. Vəziyyətdən istifadə edən Andraj Şporar hesabı açıb.
Müqavilə ilə "Liverpul"a məxsus olan Karius "qırmızılar"ın heyətində ÇL-in finalında "Real"la qarşılaşmada kobus səhvləri ilə diqqət çəkmişdi.
saytlarin hazirlanmasi