“Qarabağ”a qarşı diqqətli olmalıyıq”

11:53 - 26 Sentyabr 2019

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan Lüksemburqun "Düdelanj" klubunun futbolçusu Tibo Leskua açıqlama verib.

 

Sportal.az xəbər verir ki, qrupdakı ilk matçda səfərdə APOEL-i məğlub etmələrindən (3:4) danışan oyunçu Azərbaycan təmsilçisinə qarşı görüşə də toxunub:

 

"APOEL-lə matçda məşqçi Loran Mehdinin yerinə təzə qan gətirməyimi istədi, mən də bu işi etdim. Vəziyyəti öz əlimizə keçirdik və 82-ci dəqiqədə hesabı bərabərləşdirdik. Sonra isə 4-cü qolu vurdu. Bu, dəlilik idi. Həqiqətən, həyəcan keçirirdik. Klub üçün tarixi qələbə idi. Oyundan çox zövq aldım. Daha yaxşısını xəyal edə bilməzdim. APOEL-lə oyunda itirəcək bir şeyimiz yox idi. "Qarabağ"? Bu komandaya qarşı isə qarşı diqqətli olmalıyıq, "Sevilya"ya nisbətən daha az tanınsa belə".

 

"Qarabağ" "Düdelanj"a qarşı ilk görüşü səfərdə keçirəcək və qarşılaşma oktyabrın 3-ü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Ağdam təmsilçisi qrupdakı ilk oyununda evdə İspaniya "Sevilya"sına uduzub - 0:3.

Xəbər xətti