Avropa Liqasının qrup mərhələsinin ikinci turunda "Qarabağ"ı qəbul edəcək Lüksemburqun "Düdelanj" klubunun baş məşqçisi Bertrand Krasson fikirlərini bölüşüb.
Sportal.az mental.lu-ya istinadən xəbər verir ki, belçikalı mütəxəssis komandasında təzyiq olmadığını deyib:
"Üzərimizdə təzyiq yoxdur. Komandada yaxşı əhval-ruhiyyə var. İlk oyunda qalib gəlmişik. "Qarabağ"ı da məğlube tsək, qrupdan çıxmaq şansımız artacaq. Bu oyunda qalib gələ bilərik. Ev oyunu bizə üstünlük verir. "Sevilya" APOEL-i, biz də "Qarabağ"ı məğlub etsək, qrupda necə vəziyyətin yaranacağını təsəvvür edin. Biz də qrupda özümüzü göstərmək istəyirik. Futbolçularda təzyiq yoxdur, onlara deyəcəm ki, meydana çıxın, əylənin, döyüşün, kim olduğunuzu isbatlayın.
47 yaşlı çalışdırıcı "Qarabağ"ın bəzi oyunlarına baxdığını və təhlil etdiyini bildirib
"Qarabağ"ın bəzi oyunlarına baxmışam. Son təhlilləri edəcəm. "Qarabağ" səfərdə evdəkindən fərqli oynayır. Bu amil bizə fayda verə bilər. Bizim bu oyunda qalib gəlmək öhdəliyimiz yoxdur. Düzdür, Avropada bizə də ciddi yanaşırlar. Rəqibə çətin anlar yaşadacağıq, amma nəticə üçün söz verə bilmərik. "Qarabağ" burda asan qələbə qazana bilməz".
saytlarin hazirlanmasi