Avropa Liqasının qrup mərhələsinin ikinci turunda keçirilən “Düdelanj”- “Qarabağ” oyununda (1:4) təxribat törədən erməni dəstə müəyyənləşib.
Sportal.az xəbər verir ki, məsuliyyəti "Ultra-qrup birinci Ermənistan cəbhəsi" üzərinə götürüb. Dəstənin Spartak ləqəbi ilə tanınan başçısı bu hadisəni reallaşdırıb.
Dəstə oyunun keçirildiyi “Jozi Bartel” stadionunun yaxınlığındakı avtomobillərə ziyan vurub. Onlar ötən gün Lüksemburqda oğurluq da edib. Yerli polis quldur dəstənin axtarışını davam etdirir.
Matçın 31-ci dəqiqəsində separatçı "Dağlıq Qarabağ" rejiminin bayrağı dronla meydançanın üzərinə gətirildikdən sonra stadionda ara qarışıb və görüşdə bir neçə dəqiqə fasilə yaranıb.
saytlarin hazirlanmasi