UEFA reytinqi: "Qarabağ" Azərbaycanı Qazaxıstana yaxınlaşdırdı

10:46 - 4 Oktyabr 2019

Avropa Liqasının qrup mərhələsinin II turundadan sonra UEFA-nın yeni reytinqi açıqlanıb.

 

Sportal.az xəbər verir ki, "Qarabağ"ın Lüksemburqda "Düdelanj"a qalib gəlməsi Azərbaycanın xalını artırıb.  Ağdam klubunun 4:1 hesablı qələbəsi reytinqə 0,500 xal yazdırıb.

 

Bu da Azərbaycanın cari mövsümdəki əmsalını 2,875-ə yüksəldib. Azərbaycan 17.750 xalla 26-cı pillədə qalıb. Son 5 ilin nəticələrinə görə hesablanan reytinq 18,250 xal olub.

 

Azərbaycandan 1 pillə irəlidə olan Qazaxıstanın 18.750 xalı var.

 

Xəbər xətti