Azərbaycan Xarici İşlər Nazirliyi ötən gün Lüksemburqdakı “Jozi Bartel” stadionunda UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün qrup mərhələsinin ikinci turu çərçivəsində keçirilən “Düdelanj” - “Qarabağ” oyunu zamanı baş vermiş təxribatla bağlı vəziyyəti araşdırır.
Sportal.az xəbər verir ki, Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva bununla bağlı "Twitter" səhifəsində yazıb.
Leyla Abdullayevanın sözlərinə görə, Azərbaycanın akkreditə olunmuş səfirinə Lüksemburq Xarici işlər Nazirliyi ilə danışmaq və təxribatın günahkarlarının lazımi məsuliyyətə cəlb olunmalarını tələb etmək tapşırılıb.
saytlarin hazirlanmasi