“Düdelanj” - “Qarabağ” oyunu zamanı növbəti insident - FOTOLAR

12:35 - 4 Oktyabr 2019

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinin II turunda Lüksemburqda “Düdelanj”ı 4:1 hesabı ilə məğlub etdiyi oyun zamanı “Jozi Bartel” stadionunun dayanacağında bir neçə avtomobil qarət edilib.

 

Sportal.az "Lessentiel"ə istinadən xəbər verir ki, dayanacağın üçüncü mərtəbəsində bir neçə avtomobilin şüşəsi sındırılıb. Hadisə matç dayandırılan zaman baş verib.

 

Maşınlardan barmaq izləri götürülüb. Polis müşahidə kameraları ilə xuliqanların tapılacağını bildirib.

 

Hadisəni matç zamanı təxribata əl atan erməni azarkeşlərin etdiyi bildirilir. Araşdırma davam etdirilir.

 

Image

Image

Image

Image

Image

 

Xəbər xətti