"Bizi "Qarabağ"la iki final oyunu gözləyir" - APOEL-in baş məşqçisi

13:13 - 4 Oktyabr 2019

Avropa Liqasının qrup mərhələsinin II turunda İspaniyada "Sevilya"ya uduzan Kiprin APOEL klubunun baş məşqçisi Tomas Dolla oyundan sonra açıqlama verib.

 

Sportal.az xəbər verir ki, almaniyalı mütəxəssis məğlubiyyəti şərh edib və qrupda "Qarabağ"a qarşı keçirəcəkləri oyunlar barədə danışıb:

 

"Sevilya" möhtəşəm komandadır və qələbəni haqq etdilər. Futbolçularım cəhd etdi, güclərini 100 faiz ortaya qodular, bəlkə də, daha cəsarətli olmalı idilər. Biz məğlub olduq və bundna razı deyilik. "Sevilya"ya məğlubiyyət utandırıcı deyil. İndi bizi "Qarabağ"la iki final oyunu gözləyir. Şansları saxlamaq üçün qalib gəlməliyik. Hər şey ola bilər, döyüşmək lazımdır. Komandama inanıram. "Qarabağ"ı məğlub etmişik. Niyə bir daha bunu bacarmayaq? Hər şey mümkündür".

 

"Qarabağ" - APOEL oyunu okrtabrın 24-ü Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. İkinci qarşılaşma isə noyabrın 11-i Nikosiyadakı GSP stadionunda baş tutacaq.

 

Bu komandalar bu mövsüm Çempionlar Liqasının III təsnifat mərhələsində qarşılaşmışdı. "Qarabağ" səfərdə APOEL-i 2:1 hesabı ilə məğlub etsə də, evdə uduzaraq (0:2) mübarizəni dayandırmışdı.

Xəbər xətti