Ceko əməliyyat edildi - maska ilə oynayacaq

12:39 - 8 Oktyabr 2019

İtaliyanın "Roma" klubunun hücumçusu Edin Ceko sağ almacıq sümüyü sındığı üçün əməliyyat olunub.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, 33 yaşlı futbolçunun əməliyyatı uğurlu alınıb. Cekonun əməliyyat olmasına baxmayaraq, Bosniya və Herseqovina millisinin düşərgəsinə yollanıb.

 

O, qoruyucu maska ilə AÇ-2020-nin seçmə mərhələsində Finlandiya və Yunanıstanala keçiriləcək görüşlərdə oynamaq fikrindədir.

Xəbər xətti