Klaudio Ranyerinin yeni iş yeri müəyyənləşib.
Sportal.az "La Gazetta dello Sport"a istinadən xəbər verir ki, 67 yaşlı mütəxəssis "Sampdoriya"nı çalışdıracaq. O, bu vəzifədə Françesko Di Françeskonu əvəz edib.
Ranyeri ötən mövsüm "Roma"nı çalışdırmışdı. İtaliyalı çalışdırıcı “Yuventus”, “İnter”, “Çelsi”, “Atletiko” kimi klubların baş məşqçisi olub.
saytlarin hazirlanmasi