Klaudio Ranyerinin yeni iş yeri müəyyənləşib.
Sportal.az xəbər verir ki, 67 yaşlı mütəxəssis "Sampdoriya"nın baş məşqçisi təyin edilib. O, bu vəzifədə Françesko Di Françeskonu əvəz edib.
İtaliya A Seriya təmsilçisi təcrübəli çalışdırıcı ilə 2021-ci ilin yayına qədər müqavilə imzalandığını açıqlayıb.
Ranyeri ötən mövsüm "Roma"nı çalışdırmışdı. İtaliyalı çalışdırıcı “Yuventus”, “İnter”, “Çelsi”, “Atletiko”, "Lester Siti" kimi klubların baş məşqçisi olub.
saytlarin hazirlanmasi