Aleksis Sançes ciddi zədə aldı

21:39 - 13 Oktyabr 2019

"İnter"in futbolçusu Aleksis Sançes Çili millisinin heyətində zədələnib.

 

Sportal.az xəbər verir ki, Sançes Kolumbiya ilə yoxlama matçında (0:0) zədələnib. Tibbi müayinədən keçən futbolçunun sol ayaq biləyində tendonların yerindən çıxdığı aşkarlanıb. 30 yaşlı hücumçunun ilin sonuna qədər oynamayacağı gözlənilir.

 

Sançes daha bir müainə üçün Milana qayıdacaq.

 

"İnter" Aleksisi yayda "Mançester Yunayted"dən bir illik icarəyə götürüb. O, "göy-qaralar"da 4 oyuna 1 qol vurub.

Xəbər xətti