İtaliya milli komandası AÇ-2020-nin seçmə mərhələsində səfərdə Lixtenşteynə 5:0 hesabıyla qalib gəlməklə tarixi rekordunu yeniləyib.
Sportal.az xəbər verir ki, Roberto Mançininin rəhbərlik etdiyi komandanın ardıcıl 9 qələbə qazanıb. İtaliya millisi sonuncu dəfə 81 il əvvəl - 1938-ci ildə Vittorio Potsonun rəhbərliyi altında bunu bacarmışdı.
İtaliya yığması seçmə mərhələdə yer aldığı J qrupunda 24 xalla liderdir və AÇ-yə vəsiqəni təmin edib.
saytlarin hazirlanmasi