“Məğlubiyyət olsa, qınana bilərik” – APOEL rəsmisi

12:58 - 23 Oktyabr 2019

Kiprin APOEL klubunun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nektarios Petevinos Avropa Liqasının qrup mərhələsinin üçüncü turunda “Qarabağ”la qarşılaşacaqları oyundan öncə açıqlama verib.

 

Sportal.az xəbər verir ki, klub rəsmisi Bakıya qələbə üçün getdiklərini deyib:

 

"Qalib gəlməliyik. Məğlubiyyət olsa, qınana bilərik. Bu söyləntiləri öz performansımız və "Düdelanj"la oyundakı məğlubiyyətlə formalaşdırdıq. Qrupda şanslarımızı saxlamaq istəyiriksə, yaxşı oyun göstərməli və müsbət nəticə qazanmalıyıq. "Qarabağ"la iki oyun keçirmişik. Bir-birimizi tanıyırıq.

 

Problemli görünüşümüz "Düdelanj"a məğlubiyyətdən sonra başladı. Psixoloji cəhətdən bizə zərər vurdu. Çünki komandanın oynayıb, qalib gəlmək istədiyi matç idi. Tariximizin qarşısında bir borcumuz var. Özümüzü yaşatmaq istəyiriksə, başqa nəticə düşünməməliyik".

Xəbər xətti