APOEL-də ciddi itki – “Qarabağ”la oyunu buraxacaq

13:04 - 23 Oktyabr 2019

Avropa Liqasının qrup mərhələsinin III turunda “Qarabağ”ın qonağı olacaq APOEL klubu ciddi itkiylə üzləşib.

 

Sportal.az xəbər verir ki, komandanın yarımmüdafiəçisi Tomas De Vinsenti zədə səbəbindən oyunu buraxacaq. Bu barədə Kiprin APOEL klubunun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nektarios Petevinos məlumat verib:

 

“De Vinsenti zədə səbəbindən iştirak ərizəsinə salınmadı. Baş məşqçi ən hazırlıqlı futbolçuları seçib”.

 

30 yaşlı futbolçu ÇL-in III təsnifat mərhələsində “Qarabağ”la cavab görüşündə APOEL-in ilk qolunu vurmuşdu. Argentinalı oyunçu penaltidən fərqlənmişdi.

Xəbər xətti