Avropa Liqasının qrup mərhələsinin III turunda “Qarabağ” APOEL-i qəbul edəcək.
Sportal.az xəbər verir ki, UEFA-nın saytında azarkeşlər arasında sorğu keçirilir. “Qarabağ” – APOEL matçı ilə bağlı keçirilən səsvermədə Azərbaycan klubunun qalib gələcəyini düşünənlər daha çoxdur.
71,3 faiz respondent “Qarabağ”ın qalib gələcəyini düşünür. Matçın heç-heçə başa çatacağına inanlar 9,26 faizdir. APOEL-in Bakıda qələbə qazanacağına 19,44 faiz azarkeş səs verib.
Səsvermə oyun başlayanda başa çatır.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – APOEL oyunu saat 20:55-də başlayacaq.
saytlarin hazirlanmasi