“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin III turunda Kiprin APOEL klubu ilə 2:2 hesablı heç-heçə etdi.
Sportal.az xəbər verir ki, qarşılaşmanın statistikasında “Qarabağ” üstün olub.
Topa yiyələnmə Ağdam klubunun xeyrinə olub – 67 % – 33%.
“Qarabağ” 12, APOEL isə 2 dəfə qapıya zərbə endirib. Ağdamlıların 5 zərbəsi qapıya istiqamətlənib və 2-si qolla nəticələnib. Azərbaycan klubunun 7 zərbəsi qeyri-dəqiq alınıb. 6 zərbəyə isə blok qoyulub.
APOEL-in 2 zərbəsindən 1-i qolla nəticələnib. Digər zərbə isə qeyri-dəqiq alınıb. Kipr klubunun ilk qolu avtoqol kimi qeydə alınıb. Qonaqların 2 zərbəsi blokla qarşılanıb.
saytlarin hazirlanmasi