UEFA Avropa Liqasının qrup mərhələsində III turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, H qrupunda qərarlaşan "Espanyol" Razqradda "Ludoqorets"ə 1:0 hesabı ilə qalib gəlib.
Qarşılaşmanı idarə edən azərbaycanlı FIFA referisi Əliyar Ağayev meydan sahiblərinin üç, qonaqların dörd futbolçusuna xəbərdarlıq edib. 32 yaşlı hakim 88-ci dəqiqədə “Espanyol”un kapitanı Xavi Lopesi ikinci sarı vərəqə ilə meydandan qovub.
"Ludoqorets" (Bolqarıstan) - "Espanyol" (İspaniya) - 0:1
Qol: Viktor Kampusano, 13
saytlarin hazirlanmasi