Kipr mətbuatı azərbaycanlı azarkeşlərin təxribata əl atdığını iddia edir

22:35 - 25 Oktyabr 2019

Avropa Liqasının qrup mərhələsinin III turunda “Qarabağ” APOEL-lə ev oyununda 2:2 hesablı heç-heçə etdi.

 

Təhlükəsizlik baxımından qarşılaşmada heç bir problem yaşanmadı. Lakin Kipr mətbuatı əksini düşünür.

 

Sportal.az xəbər verir ki, kiprlilər meydana türk bayrağı ilə gələn azarkeşlərin təxribata əl atdığını qeyd edib.

 

24sports.com.cy saytı azərbaycanlı azarkeşin əlində Türkiyə bayrağı olduğu fotonu paylaşıb və bu sözləri yazıb:

 

“Bayrağın üzərindəki Mustafa Kamal Atatürk yunan və erməniləri qıran şəxs olub. Azərbaycanlı azarkeşlər dünən onun şəkli olan bayraqlar gətirmişdi. Ümid edirik ki, yunan nümayəndə (oyunun UEFA nümayəndəsi Mixalis Koukoulakis – red) bununla bağlı qeydlərini edib”.

 


“Kerkida” nəşri isə hərbi salam verən azərbaycanlı azarkeşlərin fotosunu tapıb və bunları qeyd edib:

 

“Azərbaycanlı azarkeşlər Suriyada hərbi əməliyyat keçirən Türkiyə ordusunun yanındadır. Təəssüf ki, oyun ərzində belə hallar baş verdi. İki gənc oğlan hərbi salam verir və Suriyadakı şiddəti dəstəkləyir. Onlar belə halları türk xalqından tarixən görüb, mənimsəyib”.

 

Στρατιωτικός χαιρετισμός Αζέρων στο Καραμπάχ-ΑΠΟΕΛ

 

 “Qarabağ”ın bundan əvvəlki oyunlarında Türkiyə bayraqları olub. Bu, ilk hal deyil.

 

Kipr mətbuatının fikrincə, azərbaycanlı azarkeşlərin Türkiyə bayrağı ilə oyuna gəlməsi təxribatdır.

 

Bu, Kiprdəki Erməni Komitəsi üçün bəlkə də, yaxşı bəhanədir. Kim bilir, cavab oyununda təxribat törətmək üçün nələr düşünürlər.

 

Kipr Erməni Komitəsi iki ay əvvəl “Qarabağ”ın Nikosiyadakı oyunundan öncə reallıqdan uzaq, tarixi faktların təhrif olunduğu saxta məlumatlardan ibarət bəyanat yaymaqla azərbaycanlı azarkeşlərin hissləri ilə oynamışdı.

Xəbər xətti