APOEL rəhbərliyindən "Qarabağ"la oyun üçün mükafat vədi

16:01 - 28 Oktyabr 2019

Kiprin APOEL klubu Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda “Qarabağ”la keçirəcəkləri oyun üçün futbolçulara mükafat vədi verib.

 

Sportal.az xəbər verir ki, rəhbərlik “Qarabağ”la oyunda qazanılacaq qələbə üçün əsas heyətdə meydana çıxacaq hər bir futbolçuya 5 min avro mükafat verəcək.

 

Klub prezidenti Prodromos Petrides Bakıdakı oyundan (2:2) sonra futbolçulara paltardəyişmə otağında deyib. O, komandadan razı qaldığını, şansların davam etdiyini söyləyib.

 

APOEL – “Qarabağ” oyunu noyabrın 7-də Nikosiyadakı GSP stadionunda keçiriləcək.

 

APOEL-in 1, "Qarabağ"ın 4 xalı var.

Xəbər xətti