APOEL-də gərginlik: Tomas Dollun istefası qəbul edilmədi

13:01 - 31 Oktyabr 2019

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi APOEL-in düşərgəsində gərginlik höküm sürür.

 

Sportal.az xəbər verir ki, Nikosiya klubunun rəhbərliyi ilə baş məçqçi Tomas Doll arasında fikir ayrılığı yaranıb. Rəhbərlik komandaya yeni köməkçi-məşqçi təyin etməsi alman mütəxəssisin narazılığına səbəb olub. Doll yeni köməkçi istəməsə də, klub rəhbərliyi buna məhəl qoymayıb və bu təyinatı reallaşdırıb. Bundan sonra almaniyalı çalışdırıcı istefa ərizəsi yazıb. Ancaq klub rəhbərliyi bu məsələyə bir müddətdən sonra baxacağını bildirib.

 

APOEL Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda noyabrın 7-i Nikosiyada “Qarabağ”ı qəbul edəcək.

Xəbər xətti