"Qarabağ"ın Kipr planı

09:09 - 4 Noyabr 2019

UEFA Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda APOEL-lə qarşılaşacaq “Qarabağ” noyabrın 5-i Kiprə yollanacaq.

 

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi saat 20:20-də çarter reysi ilə Bakıdan Larnaka şəhərinə yola düşəcək. Təyyarənin uçuşdan 3 saat sonra Kiprə eniş etməsi gözlənilir.

 
Noyabrın 6-sı Qurban Qurbanovun mətbuat konfransı və komandanın oyunun keçiriləcəyi GSP stadionunda məşqi nəzərdə tutulub.
 
Noyabrın 7-si Nikosiya şəhərində baş tutacaq APOEL - “Qarabağ” matçı Bakı vaxtı ilə 21:55-də start götürəcək. Oyundan dərhal sonra komanda Bakıya qayıdacaq.

Xəbər xətti