Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda “Qarabağ”ı qəbul edəcək Kiprin APOEL klubunda iki ciddi itki var.
Sportal.az xəbər verir ki, komandanın argentinalı yarımmüdafiəçisi Tomas De Vinsenti və sloveniyalı hücumçusu Roman Bezyak qarşılaşmada iştirak etməyəcək. Hər iki futbolçu zədəsini tam sağaltmayıb.
Tomas De Vinsenti komandaların ilk matçını (2:2) da zədəli olduğu üçün buraxmışdı.
Xorvatiyalı yarımmüdafiəçi Antonio Yakoliş isə zədəsini bərpa edib və oyuna hazırdır.
APOEL – “Qarabağ” oyunu noyabrın 7-si Bakı vaxtı ilə 21:55-də GSP stadionunda baş tutacaq.
saytlarin hazirlanmasi