Uroş Matiç: "Qarabağ"la oyun final xarakteri daşıyır"

11:48 - 6 Noyabr 2019

Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Qarabağ"ı qəbul edəcək APOEL-in yarımmüdafiəçisi Uroş Matiç klubun sosial şəbəkə hesabında paylaşılan video oyunla bağlı fikirlərini bplüşüb.

 

Sportal.az xəbər verir ki, Kipr təmsilçisinin serbiyalı yarımmüdafiəçisi qarşılaşmanın final xarakteri daşıyacağını deyib:

 

"Çox asanlıqla deyə bilərəm ki, bizim üçün final xarakteri daşıyan oyundur. Matça çox yaxşı hazırlaşmışıq. Ümid edirəm ki, azarkeşlər oyuna gəlib, xəyalımızı həyata keçirməyə kömək edəəcək. İstəyirik ki, Miladdan sonra da Avropada çıxışımıza davam edək. Azarkeşlərin dəstəyin ehtiyacımız var. Onların dəstəyini hiss etdiyinizdə çox şey fərqli olur. Bu, APOEL-dir - güclü azarkeşləri olan komanda. Cümə axşamı azarkeşləri gözləyirik".

 

APOEL – “Qarabağ” oyunu noyabrın 7-si Bakı vaxtı ilə 21:55-də GSP stadionunda baş tutacaq.

Xəbər xətti