Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda “Qarabağ”ı qəbul edəcək Kiprin APOEL klubunun hücumçusu Linus Hallenius oyun öncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.
Sportal.az xəbər verir ki, 30 yaşlı isveçli forvard oyuna qələbə qazanmaq üçün çıxacaqlarını bildirib:
“Eyni rəqiblə bir mövsümdə dörd dəfə qarşılaşmaq adi hal deyil. Çətin oyun olacaq, necə savaşacağımızı bilirik. Üç xala ehtiyacımız var. Nə edəcəyimizi bilirik. Meydana çıxarkən hər zaman qol vurmaq istəyirəm. Yeganə düşüncəmiz üç xaldır. Kimin qol vurması önəmli deyil. Ümid edirəm ki, bizi dəstəkləmək üçün xeyli azarkeş gələcək”.
saytlarin hazirlanmasi