"Bu qələbə bizə çox kömək edəcək" - APOEL-in futbolçusu

00:17 - 8 Noyabr 2019

Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Qarabağ"a 2:1 hesabı ilə qalib gələn Kiprin APOEL klubunun yarımmüdafiəçisi Giorgos Efrem matçdan sonra açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 30 yaşlı kiprli futbolçu qələbəni şərh edib:

 

"Lüksemburqa qələbə və mərhələ keçmək üçün gedəcəyik. Zəfərə hamımız ilk gündən inanırdıq. Bu qələbə bizə qrupda çox kömək edəcək. Qisas almaq üçün "Düdelanj"a qalib gəlməliyik. Qola gəlincə, kimin vurmasının əhəmiyyəti yoxdur. Mən bunu çılğın şəkildə qeyd etdim. Bu, komandanın vurduğu qoldur. Xoşbəxtik və yolumuza davam edirik".

Xəbər xətti