Şəhriyar Məmmədyarovdan “Qarabağ”ın oyununa şərh: “Hər şey bitdi”

12:18 - 8 Noyabr 2019

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində APOEL-ə uduzaraq növbəti mərhələ şanslarını azaltmasına beynəlxalq qrossmeyster Şəhriyar Məmmədyarov da şərh bildirib. 

 

Sportal.az xəbər verir ki, o, sosial şəbəkədə şərh yazaraq, Ağdam klubunun şanslarını bitirdiyini deyib:

 

“Əsl idmançı gərək özünü xilas etsin. Başqasının ümidinə qalmaqdansa, 1 saat kitab oxumaq daha faydalıdır. İdmandır, hər şey olur, amma gərək anlayaq ki, hər şey bitdi”.

 

Xəbər xətti