Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda keçiriləcək "Düdelanj" - APOEL oyununa türkiyəli hakimlər briqadası təyinat alıb. Qarşılaşmanı FIFA referisi Halis Özkahya idarə edəcək.
Sportal.az xəbər verir ki, bu təyinat kiprli azarkeşlərin narazılığına səbəb olub. Nikosiyalıların fan-klub səhifəsi bununla bağlı UEFA-nı tənqid edib:
"UEFA "Qarabağ"la Bakıdakı oyunda açılmış qondarma dövlətin (Şimali Kipr Türk Cümhuriyyəti nəzərdə tutulur) bayrağına görə rəqibi cəzalandırmaq əvəzinə, bizim "Düdelanj"la oyunumuza türk hakimləri göndərir. Məgər, başqa hakim yox idi?".
"Düdelanj" - APOEL oyunu noyabrın 28-i Bakı vaxtı ilə 00:00-da baş tutacaq. Qrupun digər matçında eyni vaxtda "Qarabağ" "Sevilya"nın qonağı olacaq.
saytlarin hazirlanmasi