Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda “Qarabağ”la qarşılaşacaq İspaniyanın “Sevilya” klubu bu oyuna hazırlığı davam etdirir.
Sportal.az xəbər verir ki, La Liqa təmsilçisi bu matç öncəsi heyətinə bir neçə gənc oyunçu da cəlb edib. Belə ki, Xose Mariya Amo, Felipe Çakarteqi və Cenaro əvəzedici heyətdən əsas komandaya yüksəlib. Onların “Qarabağ”la matçda meydana çıxması gözlənilir. Bu gün baş tutan məşqi əsas heyət üzvlərindən Xesus Navas, Serxio Requlyon və Luk de Yonq buraxıb.
Baş məşqçi Xulen Lopeteqinin həmçinin La Liqanın ötən turunda “Valyadolid”lə keçirilən qarşılaşmada ehtiyatda olan Bono, Aleks Pozo, Nemanya Qudel, Çiçarito, Munas Dabbur və Roni Lopes kimi oyunçulara şans verməsi gözlənilir.
“Sevilya” – “Qarabağ” görüşü noyabrın 28-də “Ramon Sançes Pisxuan” stadionunda keçiriləcək.
saytlarin hazirlanmasi