Avropa Liqasında "Qarabağ"la eyni qrupda yer alan "Düdelanj"ın baş məşqçisi Bertran Krasson açıqlama verib.
Sportal.az xəbər verir ki, belçikalı mütəxəssis sabah qrup mərhələsinin 5-ci turunda APOEL-i qəbul edəcək Lüksemburq təmsilçisinin çalışdırıcısı onları qarşıda APOEL və “Qarabağ”la final oyunlarının gözlədiyini deyib:
"Kipr futbolu inkişafdadır. İlk oyundakı qələbə bizə cəsarət versə də, sonra reallığa döndük. Buna baxmayaraq, yenə komandama güvənirəm. Rəqibin üzərində təzyiqlər var. Bizi APOEL və "Qarabağ"a qarşı iki final oyunu gözləyir. Bu, bizim üçün böyük şansdı. Kiprdəki nəticə təkrarlansa, əla olar ".
"Düdelanj" qrupda son matçını Bakıda "Qarabağ"a qarşı keçirəcək.
saytlarin hazirlanmasi