Kosovolu futbolçu Rusiyaya buraxılmadı

14:46 - 28 Noyabr 2019

İsveçrənin “Bazel” klubunun kosovolu futbolçusu Edon Jeqrova “Krasnodar”la Avropa Liqasının qrup mərhələsində "Krasnodar"la səfər görüşü üçün Rusiyaya buraxılmayıb.

 

Sportal.az xəbər verir ki, Rusiya Kosovonun müstəqilliyini tanımadığı üçün futbolçu viza problemi ilə üzləşib. Klub bu problemi çözə bilmədiyi üçün 20 yaşlı futbolçu geri qaytarılıb.

 

Bəzi kosovolu futbolçular Albaniya vətəndaşlığı alaraq, belə problemlər zamanı viza ala bilir. Lakin Edon yalnız Kosovo vətəndaşıdır.

Xəbər xətti