"Qarabağ" kimi güclü komandaya qarşı belə oynadığımıza görə fəxr edirik"

00:32 - 13 Dekabr 2019

Avropa Liqasının qrup mərhələsinin sonuncu – VI turunda Bakıda “Qarabağ”a qalib gələn (1:1) Lüksemburqun “Düdelanj” klubunun baş məşqçisi Bertran Krasson oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.

 

Sportal.az xəbər verir ki, belçikalı mütəxəssis nəticəni şərh edib:

 

- Çox təəssüflənirəm. Amma oyundan razıyam. Üstünlüyümüz açıq-aydın görünürdü. Rəqibin meydanında oynayanda həmişə 0:1 geridə başlayırsan. Nəticədən narazı, oyundan razıyam.

 

- Öz meydanında məğlubiyyətdən sonra səfərdə heç-heçə edən komandanın baş məşqçisi niyə məyusdu?
- “Qarabağ” kimi güclü komandaya qarşı belə oynadığımıza görə fəxr edirik. Amma son dəqiqələrə qədər öndə olub, qələbəni əldən verməyimiz pis nəticədi. Üstəlik rəqib 10 nəfərlə oynayırdı. Belə halda üstünlüyü qoruya bilmədiyimizə görə məyus olduq.

 

- Oyun zamanı tribunadan texniki zona ilə necə əlaqə saxlayırdız?
- Bunu müzakirə etmişdik. Telefon vasitəsilə əlaqə saxlayırdıq. Komanda üzərinə düşəni etdi. Oyundan oyuna futbolçuların məsuliyyəti artır. Komandamın böyük potensialı var.

 

- Qeydə alınmayan qolunuz barədə nə düşünürsüz?
- Təəssüf ki, belə hadisələr tez-tez olur. Videoya baxa bilməmişik. Qolumuzun sayılmadığına görə təəssüflənirik.

 

- Lüksemburqdakı ilk görüşdə xoşagəlməz hadisə baş vermişdi. Bakıdakı qonaqpərvərliyindən razı qaldız?
- Hamımız çox razıyıq. İnsanlardan, burdakı şəraitdən mənmun olduq. Bir daha gəlmək istəyərəm. Hər kəsə təşəkkür edirəm.

Xəbər xətti