Dekabrın 16-da Avropa Liqasının 1/16 final mərhələsinin püşkü atılacaq.
Sportal.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil ediləcək təbir Bakı vaxtı ilə 16:00-da başlayacaq.
Püşkatmada 32 komanda 2 səbətə bölünəcək. Çempionlar Liqasından Avropa Liqasına keçən 8 komanda bir-biri ilə qarşılaşacaq.
1/16 finalın ilk oyunları 2020-ci il fevralın 20-də, cavab görüşləri fevralın 27-də keçiriləcək.
Səpələnmişlər:
“Ayaks” (Hollandiya)
“Arsenal” (İngiltərə)
“Bazel” (İsveçrə)
“Benfika” (Portuqaliya)
“Braqa” (Portuqaliya)
“Seltik” (Şotlandiya)
“Espanyol” (İspaniya)
“Gent” (Belçika)
“İnter” (İtaliya)
“Başakşəhər” (Türkiyə)
LASK (Avstriya)
“Malmö” (İsveç)
“Mançester Yunayted” (İngiltərə)
“Portu” (Portuqaliya)
“Zalsburq” (Avstriya)
“Sevilya” (İspaniya);
Səpələnməmişlər:
APOEL (Kipr)
“Alkmaar” (Hollandiya)
“Bayer” (Leverkuzen, Almaniya)
ÇFR (Kluj, Rumıniya)
“Brügge” (Belçika)
“Kopenhagen” (Danimarka)
“Ayntraxt” (Frankfurt, Almaniya)
“Xetafe” (İspaniya)
“Ludoqorets” (Bolqarıstan)
“Olimpiakos” (Yunanıstan)
“Reyncers” (Şotlandiya)
“Roma” (İtaliya)
“Şaxtyor” (Donetsk, Ukrayna)
“Sportinq” (Portuqaliya)
“Volfsburq” (Almaniya)
“Vulverhempton” (İngiltərə).