"Eurovision 2011"in qalibi Nigar Camal qızı Jasmini “Tottenhem” futbol klubunun qızlardan ibarət komandasında yer alması barədə yazılan məlumatlara münasibət bildirib.
Sportal.az xəbər verir ki, sənətçi “Qafqazinfo”ya açıqlamasında 14 yaşlı qızının peşəkar futbolla məşğul olduğunu, Jasminin sözügedən komandanın üzvü olmadığını qeyd edib.
Nigar vurğulayıb ki, Jasminin hədəfi “Çelsi”dir: “Qızım çalışır ki, “Çelsi”nin qız komandasına qəbul olunsun. "Tottenham"da oynamır. Bütün oyunlarına gedir. İngiltərədə hər məktəbdə belə dərslər keçilir. Amma qızım məktəbdə deyil, peşəkar komanda ilə çalışır. Burada hamı futbolun dəlisidir”.
saytlarin hazirlanmasi