UEFA Türkiyə millisini əsgər salamına görə cəzalandırdı

01:28 - 21 Dekabr 2019

UEFA Türkiyə millisinin üzvlərinin AÇ-2020-nin seçmə mərhələsinin oyunlarında əsgər salamı vermələri ilə bağlı qərarını açıqlayıb.

 

Sportal.az xəbər verir ki, qurum buna görə milli üzvlərini qınayıb. Tribunalarda yaşananlara görə Türkiyə Futbol Federasiyası 50 min avro cərimələnib.

 

Türkiyə millisinin futbolçuları AÇ-2020-nin seçmə mərhələsində Albaniya ilə ev (1:0) və Fransa ilə səfər oyununda (1:1) vurduqları qolları əsgər salamı ilə qeyd etmişdilər.

Xəbər xətti