Fransa I Liqa klubu "Lill"də çıxış edən Yusuf Yazıçı ciddi zədə alıb.
Sportal.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi komandasının 19-cu turda səfərdə "Monako"ya uduzduğu matçın (1:5) 39-cu dəqiqəsində zədələnib. Klub futbolçunun çarpaz bağlarının qopduğunu açıqlayıb. Türkiyəli oyunçu mövsümün qalan hissəsində oynamayacaq.
Türkiyəyə qayıdan futbolçu bu gün əməliyyat ediləcək.
Yusuf Yazıçının Avropa çempionatında Türkiyə millisinə kömək ehtimalı olduqca azdır. A qrupunda yer alan "ay-ulduzlular" Uels və İsveçrəyə qarşı matçları Bakı Olimpiya Stadionuda keçirəcək.
saytlarin hazirlanmasi