Fransanın "Monako" klubunda baş məşqçi dəyişikliyi reallaşıb.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, komandanın baş məşqçisi Leonardo Jardimlə yollar ayrılıb. Portuqaliyalı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
45 yaşlı mütəxəssisi ispaniyalı çalışdırıcı Roberto Moreno əvəz edib. Onunla 2022-ci ilin yayına qədər müqavilə imzalanıb.
42 yaşlı çalışdırıcının son iş yeri İspaniya millisi olub. O, 6 oyunda yığmanın baş məşqçisi olub.
Jardim 2014-2019-cu illərdə "knyazlıq klubu"nu çalışdırıb. "Monako" onun rəhbərliyi altında bir dəfə Fransa çempionu olub.
saytlarin hazirlanmasi