2019-cu ildə "Liverpul"la "Tottenhem" arasında keçirilən ÇL-in finalında meydana daxil olaraq, məşhurlaşan Kinsi Volanski növbəti dəfə də eyni addımı adıb.
Sportal.az xəbər verir ki, rus model bu dəfə Avstriyada gündəmi düşməyi bacarıb. Volanski yarıçılpaq şəkildə xizək yarışlarının keçirildiyi əraziədə qaçaraq, kameralara düşüb. O, ötən günlərdə helikopter qəzasında vəfat edən əfsanəvi basketbolçu Kobi Brayantın ölümü ilə əlaqədar pankart nümayiş etdirib.
Modeli təhlükəsizlik əməkdaşları yarışın keçirildiyi yerdən uzaqlaşdırıblar. Sarışın gözəl kayakçı Aleks Vinatserlə şəkil çəkdirib.
Kinsi Volanskinin "Instagram"da 3,5 milyon izləyicisi var.
saytlarin hazirlanmasi