"Real" PSJ-nin hücumçusu Kilian Mbappe ilə yenidən maraqlanmağa başlayıb.
Sportal.az xəbər verir ki, komandanın baş məşqçisi Tomas Tuxellə problem yaşayan fransız hücumçu Madrid klubunun 1 nömrəli transfer hədəfidir.
"Real" 2022-ci ilin yayında Paris klubu ilə müqaviləsi bitəcək futbolçunun transferini 150-200 milyon avroya bitirmək istəyir. PSJ isə gənc ulduzu ucuz qiymətə əldən buraxmamaq üçün şərtləri daha da yaxşılaşdıraraq, müqaviləni uzatmaq istəyir.
AS nəşrinin məlumatına görə, Madrid təmsilçisi Mbappeni 2021-ci ilin yayında transfer etməyə qərar verib. Həmin vaxta qədər 21 yaşlı hücumçu sözləşməni yeniləməsə, bu keçid "kral klubu"na ucuz qiymətə başa gələcək.
PSJ Mbappeni 2018-ci ildə "Monako"dan 180 milyon avroya transfer etmişdi.
saytlarin hazirlanmasi